Təbriz onlayn bazarı - Azərbaycan Respublikası İsrailin öz ərazisindən İrana qarşı hücum pilotsuz təyyarələrinin göndərilməsi ilə bağlı şayiələrə münasibət bildirərək Azərbaycan ərazisindən üçüncü ölkəyə qarşı hərbi məqsədlər üçün istifadə edilməsini yalan adlandırıb
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında dərc olunmuş əsassız məlumatlarla bağlı açıqlama yayıb
AZƏRTAC açıqlamanı təqdim edir: "Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mənbəyi məlum olmayan, habelə reallıqdan uzaq, əsassız məlumatlar yayılmaqdadır
Medianın İnkişafı Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində sözügedən məlumatların dezinformasiya mahiyyəti daşıdığı və ölkəmizə qarşı sistemli dezinformasiya hücumlarının tərkib hissəsi olduğu müəyyənləşdirilib
Medianın peşəkarlıq və beynəlxalq etik dəyərləri ilə ziddiyyət təşkil edən yalan məlumatların, dəqiqləşdirilməmiş rəylərin tirajlanmasını ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa hesablanmış növbəti uğursuz cəhd kimi qiymətləndiririk
Media subyektlərini və jurnalistləri qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə və ölkəmizə yönəlmiş dezinformasiya hücumlarının istənilən təzahürlərinə qarşı prinsipiallıq nümayiş etdirməyə çağırırıq"
Ötən günlərdə bəzi İsrail KİV-ləri və Qərb rəsmiləri, o cümlədən Fransa diplomatı İsrailə aid hücum pilotsuz təyyarələrinin Azərbaycan ərazisindən İrana göndərilməsi ilə bağlı xəbərlər