Təbriz - Təbriz onlayn bazarı - Rusiya Federasiyası hökuməti bu ölkənin VTB Bankının “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə layihə ofisinin yaradılması təklifini qəbul edib. Bu ofisin missiyası İranın cənubunda Bəndər Abbasa qədər Rusiya standartlı dəmir yolu xəttinin tikintisini həyata keçirməkdir.
TASS xəbər agentliyi bu barədə bildirib ki, bu qərar çərçivəsində ofis yaradılacaq və həmin ofis İranın cənubundakı limanlara eni 1520 mm olan dəmir yolu xəttinin tikintisi üçün investisiya layihəsini toplayacaq və təhlil edəcək.
Ofis VTB Bankın maliyyə resurslarından istifadə edərək bu dəmir yolu marşrutunda malların fasiləsiz dövriyyəsini təmin etmək üçün təkliflər vermək missiyasını daşıyır.
Rusiya və Azərbaycan Respublikasında dəmir yolu xəttinin eni 1520 mm-dir, amma İranda bu göstərici beynəlxalq standarta uyğun olaraq 1435 mm-dir. Beləliklə, İran limanlarına Rusiya standartlarına uyğun dəmir yolu xəttinin çəkilməsi üzrə nəzərdən keçirilən layihə İran standartları ilə mövcud və tikilməkdə olan dəmir yolu xətti ilə yanaşı, ikitərəfli əməkdaşlığın tamamlayıcı əlaqəsi kimi təklif olunub.